Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - FOTO

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - FOTO
  17 Yanvar 2019    Oxunub:5048
Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən Rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron RPİ-də araşdırmalar davam etdirilir.



Azvision.az



Teqlər: Novxanı   Barelyef  





Xəbər lenti