Düşmən ordusunda zabitlər də etiraz edirlər

   Düşmən ordusunda zabitlər də etiraz edirlər
  17 Yanvar 2019    Oxunub:2280
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusu bölmələrinin təminatında mövcud problem və çatışmazlıqlar artıq zabitlərin də etirazına səbəb olur.
Ermənistan KİV-lərinin yaydığı məlumata əsasən, buna səbəb tez-tez əsgərlərin yeməkdən zəhərlənməsi, digər təminat növlərinin çatışmaması və keyfiyyətinin aşağı olmasıdır. Eyni zamanda, məlumatlarda qeyd olunur ki, kütləvi zəhərlənmə halları və hərbi əmlakın keyfiyyətsizliyi səbəbindən digər hadisələr baş verərkən bütün məsuliyyətin zabitlərin üzərinə atılması və onların məsuliyyətinə cəlb edilməsi də hərbçilər arasında böyük narazılıqla qarşılanır.

Sosial şəbəkədə yayılan bir paylaşımda bildirilir ki, işğal olunan Madagiz yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun hərbi hissəsində ərzaq xidmətinin rəisi vəzifəsində xidmət edən Samvel Beqleryan ziyafət məclisində yaxın qohumlarına ərzaq çatışmazlığından gileylənərək tədarük olunan ərzağın köhnə, xarab, çürük və əksər hallarda istifadə müddəti bitmiş olduğunu deyib.

Azvision.az



Teqlər: Ermənistan   Zabit   Etiraz  





Xəbər lenti