Məktəblərdə qış tətili təxirə salınacaq? - Nazirlikdən cavab

 Məktəblərdə qış tətili təxirə salınacaq? -    Nazirlikdən cavab
  18 Yanvar 2019    Oxunub:4509
Təhsil Nazirliyi məktəblilərin qış tətilinin təxirə salınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb. Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.

Qeyd edək ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Tətil  





Xəbər lenti