"Qarabağ" Çexiya klubunu məğlub etdi

"Qarabağ" Çexiya klubunu məğlub etdi
  19 Yanvar 2019    Oxunub:2262
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qarabağ” bu gün növbəti yoxlama matçına çıxıb.
Qurban Qurbanovun komandası Çexiyanın yüksək liqa təmsilçiisi “Bohemians” klubu ilə qarşılaşıb. Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk sınaq oyununda Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzan "Qarabağ" yanvarın 23-ü Polşanın "Piast", 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klubları ilə üz-üzə gələcək.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti