Naxçıvanda 2827 yeni iş yeri yaradılıb

Naxçıvanda 2827 yeni iş yeri yaradılıb
  22 Yanvar 2019    Oxunub:1978
2018-ci ildə Naxçıvan Muxtar Respublikasında sahibkarlara 13 milyon 790 min 800 manat kredit verilib.
Azvision.az -ın məlumatına görə, bu kreditlərdən 5 milyon 736 min 400 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 8 milyon 54 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 30 hüquqi və 2320 fiziki şəxs qeydiyyata alınıb.

2018-ci ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 429,9 manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 3,2 faiz çoxdur. 2018-ci ildə muxtar respublikada 2827 yeni iş yeri yaradılıb ki, bunun da 2782-si və ya 98,4 faizi daimi iş yerləridir.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti