Tural Gəncəliyev Aİ rəsmiləri ilə görüşüb

  22 Yanvar 2019    Oxunub : 1266
Tural Gəncəliyev Aİ rəsmiləri ilə görüşüb
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas və nümayəndəliyin siyasi məsləhətçisi Yohanna Ketola ilə görüş keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Tural Gəncəliyev özü məlumat yayıb.

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məqsəd və məramını həmsöhbətlərin diqqətinə çatdırdım. Azərbaycanlıların öz tarixi və doğma torpaqlarına qayıtdıqdan sonra erməni icması ilə birlikdə sülh şəraitində yaşamaqda maraqlı tərəf olduğunu avropalı diplomatlara çatdırdım" -, deyə o, qeyd edib.

Azvision.az

Teqlər: Qarabağ   İcma