Tacikistanda 4,7 bal gücündə zəlzələ olub

Tacikistanda 4,7 bal gücündə zəlzələ olub
  10 Noyabr 2013    Oxunub:1156
Bu gün Tacikistanda yerli vaxtla saat 10:15-də 4,7 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə İTAR-TASS-a Tacikistan Elmlər Akademiyasının Geofizika Xidmətindən bildiriblər.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Düşünbədən 26 km cənub-şərqdə qeydə alınıb. Paytaxtda yeraltı təkanlar 4 bal gücündə hiss olunub.
Ölkənin Fövqəladə Hallar Komitəsinə insan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb.


Teqlər:





Xəbər lenti