Türkiyə Azərbaycan ilə əmtəə dövriyyəsini artırır

Türkiyə Azərbaycan ilə əmtəə dövriyyəsini artırır
  10 Noyabr 2013    Oxunub:4384
Türkiyə Prezident Administrasiyası: Türkiyə Azərbaycan ilə əmtəə dövriyyəsini artırmağı planlaşdırır.
Türkiyə Azərbaycan ilə əmtəə dövriyyəsini artırmaq niyyətindədir. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu cümə günü Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İsen deyib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında əmtəə dövriyyəsi 5 milyard dollar təşkil edir və yaxın zamanlarda bu rəqəmin 10 milyard dollara çatdırılması gözlənilir.

M.İsen qeyd edib ki, Türkiyə Azərbaycanda yalnız iqtisadiyyat sahəsinə investisiya yatırmır: "İki ölkə arasında iqtisadiyyat sahəsində münasibətlərin inkişafı üçün heç bir maneə yoxdur".

Baş katibin sözlərinə görə, öz növbəsində, Azərbaycan Türkiyənin vacib investorlarından biridir: "Belə ki, bu ölkədə Azərbaycan investisiyalarının həcmi 4 milyard dollara çatır".

O bildirib ki, iki ölkənin bir çox strateji, iqtisadi və enerji layihələri var və gələcəkdə ölkələr bu layihələri həyata keçirəcəklər.


Teqlər:





Xəbər lenti