Bakıda 18 dərəcəyədək isti gözlənilir

Bakıda 18 dərəcəyədək isti gözlənilir
  10 Noyabr 2013    Oxunub:981
Yaxın iki gündə Bakıda 18 dərəcəyədək isti gözlənilir.
AzVision.az xəbər verir ki, Yaxın iki gündə - noyabrın 11-i və 12-də ölkə ərazisində hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir. Bəzi rayonlara əsasəndə dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış yağma ehtimalı var. Temperatur aran rayonlarında 15 -20 dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Paytaxta və Abşeron yarmadasına gəlincə, 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dəyişkən buludlu olcağı, arabir tutulub açılacağı gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu gündüz saatlarında 14-18 dərəcə isti təşkil edəcək. Bu cür bu hava şəraiti meteohəssas insanlarda diskonfort hissi yaratmayacaq.


Teqlər:  





Xəbər lenti