Bu gün “Qalatasaray” - “Fənərbaxça” derbisi var

Bu gün “Qalatasaray” - “Fənərbaxça” derbisi var
  10 Noyabr 2013    Oxunub:1408
Bu gün Türkiyə Super Liqasında derbi oyunu keçiriləcək.
AzVision.az xəbər verir ki, “Fənərbaxça” “Kadıköy”də “Qalatasaray”ı qəbul edəcək.

Qeyd edək ki, “Fənərbaxça” 10 turdan sonra Super Liqada 1-ci, “Qalatasaray” isə 19 xalla 4-cü

“Şükrü Saracoğlu” stadionunda saat 21:00-da başlayacaq matçı FIFA hakimi Bülent Yıldırım idarə edəcək.

Qarşılaşma hər iki klubun baş məşçisi-Ərsun Yanal və Roberto Mançini-üçün ilk derbi matçı olacaq.

“Fənərbaxça”nın heyətində Alper Potuk sarı kart limitini doldurduğu üçün matçda forma geyinə bilməyəcək. “Qalatasaray”ın heyətində isə ciddi itkilər var. Belə ki, əsas heyətin üzvləri olan Hamit Altıntop, Uesli Sneyder, Fernando Muslera zədəli olduğu üçün “Fənərbaxça” ilə oyunda meydana çıxmayacaq. Həmçinin “Cim-Bom” da Gökhan Zan və qolkiper Ufuk Ceylan da oyuna tam hazır deyil.

Bukmeker kontorlarının proqnozlarına görə, derbidə “Fənərbaxça” favorit göstərilir. Ev sahiblərinin qələbəsinə 2, oyunun heç-heçəsinə 3,5 , “Qalatasaray” qalibiyyəti isə 3,4 əmsal verilib.

Derbiyə Azərbaycanda da marağın böyük olduğunu nəzərə alıb, “Fənərbaxça”la “Qalatasaray” arasındakı oyunların statistikasını təqdim edirik.

Bu qarşılaşma iki əzəli rəqib arasında 376-cı oyun olacaq.

104 illik rəqabətdə “Fənərbaxça”nın “Qalatasaray” üzərində üstünlüyü var. 1909-cü ilin yanvarın 17-də oynanılan ilk oyunda “Fənərbaxça” 2:0 hesablı qələbə qazanıb. 375 matçın 142-sində “Fənərbaxça” qalib gəlib, 120 oyunda məğlub olub. 113 oyun bərabərliklə başa çatıb. Bu qarşılaşmalarda "Sarı Kanarya" 524, "Cim Bom" isə 477 qol vurub.

56 mövsüm ərzində Liqada bir-biri ilə rəqabət aparan komandalar 112 dəfə qarşılaşıb. Burada da üstünlük “Fənərbaxça” tərəfindədir. 46:31.

Qol sayı isə belədir 146:112

“Qalatasaray” 14 ildir ki, səfərdə “Fənərbaxça”nı məğlub edə bilmir.

İki klub arasında ən böyük hesablı nəticələr aşağıdakılardır:

Qalatasaray” “Fənərbaxça”nı 7:0, “Fənərbaxça” isə “Qalatasaray”ı 6:0 hesabi ilə məğlub edə bilib.

İki klub arasında ən qollu heç-heçə 4:4 hesabı ilə olub.


Teqlər:





Xəbər lenti