Türkiyə Süleymaniyyəyə aviareysləri bərpa etdi

Türkiyə Süleymaniyyəyə aviareysləri bərpa etdi
  23 Yanvar 2019    Oxunub:1409
Türkiyə hökuməti 2017-ci ilin sentyabrında İraqın şimalındakı Kürd Muxtariyyətinin qanunsuz müstəqillik referendumu keçirməsilə əlaqədar muxtariyyətin Süleymaniyyə şəhərindəki hava limanına uçuşları qadağan edən qərarını ləğv edib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Cahid Turxan bəyan edib.

“Hökumət Süleymaniyyəyə uçuş qadağalarını aradan qaldırmaq barədə qərar qəbul edib. 25 yanvardan başlayaraq “Turkish Airlines” aviaşirkəti həftə ərzində 7 dəfə İstanbul-Süleymaniyyə təyyarə reyslərini həyat keçirəcək” – nazir vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Süleymaniyyə   Türkiyə   İraq  





Xəbər lenti