İranda boşananların sayı 9 faiz artıb

İranda boşananların sayı 9 faiz artıb
  10 Noyabr 2013    Oxunub:1248
Statistik məlumatlara görə, İranda cari ilin ilk 7 ayında (İranda il martın 21-də dəyişir) ötən ilin eyni dövrü ilə müqayisədə boşananların sayı 9,1 faiz artıb və evlənənlərin sayı 5,5 faiz azalıb.
AzVision.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Əhalinin siyahıya alınması bürosunun direktoru Əli Əkbər Məhzun deyib.

Onun sözlərinə görə, həmin dövrdə ölkə üzrə 450 min 27 nikah və 81 min 595 boşanma halı qeydə alınıb.

Tehran, Xorasan Rəzəvi və Xuzistan əyalətləri ən çox nikah, həmçinin Tehran, Xorasan Rəzəvi və Fars əyalətləri ən çox boşanma hallarının qeydə alındığı əyalətlərdir.

Məlumata görə, boşanma hallarına, əsasən, yaşı 30-dan aşağı olan gənc cütlüklər arasında rast gəlinir. Boşanan qadınlar, əsasən, 20-24, kişilər isə 25-29 yaş arasında olurlar.

Ə.Ə.Məhzun bildirib ki, bu müddət ərzində ölkə üzrə 853 min 548 doğuş, 210 min 245 ölüm halı qeydə alınıb.


Teqlər:





Xəbər lenti