Putin Paşinyanla Moskvada görüşməyəcək
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti 24-25 yanvar tarixlərində Moskvada olacaq. Nümayəndə heyəti Davosdakı Dünya İqtisadi Forumundan sonra Rusiyaya gələcək. Belə ki, Paşinyan Avrasiya İqtisadi Şurasında sədrliyin Ermənistana keçməsi münasibətilə Avrasiya iqtisadi komissiyasının ofisində çıxış etmək niyyətindədir.
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: Ermənistan Rusiya