Bakı və Hyuston şəhərləri birləşir – FOTO

Bakı və Hyuston şəhərləri birləşir – FOTO
  10 Noyabr 2013    Oxunub:1439
Bakı və Hyuston şəhərləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Texas ştatında səfərdə olan nümayəndə heyəti, habelə Hyuston şəhərindəki azərbaycanlı icmasının nümayəndələri Hyuston şəhərinin meri xanım Annis Parkerlə görüşüblər.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə E.Süleymanov Hyuston şəhərinin meri A.Parkeri bu yaxınlarda yenidən şəhərin meri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və şəhərin azərbaycanlı icmasına göstərdiyi diqqətə görə ona təşəkkürünü çatdırıb. Səfir son illərdə Hyustondakı azərbaycanlı icmasının nəzərəçarpacaq dərəcədə fəallaşdığını və bu şəhərin ABŞ-da Azərbaycan mədəniyyətinin əsas mərkəzinə çevrildiyini qeyd edib. E.Süleymanov Azərbaycanın Dövlət Bayrağı Gününün ABŞ-da ən təntənəli şəkildə məhz Hyuston şəhərində keçirilməsinin simvolik məna daşıdığını deyib.

Görüşdə iştirak edən ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov öz növbəsində xanım A.Parkerə 1976-cı ildən qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

A.Parker Bakı və Hyuston arasındakı sıx münasibətlərdən məmnun olduğunu deyib. Eyni zamanda, mer şəhərin azərbaycanlı icmasının Hyustonun ictimai-mədəni həyatında fəal iştirakını təqdir etdiyini deyib və görüşdə iştirak edən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundovaya təşəkkür edib.

Görüş zamanı Hyuston və Bakı şəhərləri arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Qalereya




Teqlər:





Xəbər lenti