Trampın reytinqi 40 faizədək azalıb

  23 Yanvar 2019    Oxunub : 798
Trampın reytinqi 40 faizədək azalıb
Meksika ilə sərhəddə səddin tikintisinə dair Konqreslə yaranan fikir ayrılığı səbəbindən federal hökumətin işinin dayandırılmasına (“shutdown”) gətirib çıxaran büdcə böhranından sonra ABŞ prezidenti Donald Trampın dəstək reytinqi 40 faizə qədər azalıb.
“Politico” qəzetinin apardığı sorğuda iştirak edən ABŞ vətəndaşlarının 57 faizi Amerika liderinin büdcə böhranından çıxmaq üçün göstərdiyi fəaliyyətlə razı deyil.

Bununla yanaşı, rəyi soruşulan Respublikaçılar partiyasının tərəfdarlarının 86 faizi Ağ evin rəhbərini dəstəkləyir. Demokratlar partiyasının eyni sayda tərəfdarı isə büdcə böhranına görə Trampı günahlandırır. Heç bir partiyanı dəstəkləməyən respondentlərin 60 faizi də ABŞ liderinin siyasətini bəyənmir.

Azvision.az

Teqlər: ABŞ   Tramp