“Barselona”dan 75 milyon avroluq transfer

  23 Yanvar 2019    Oxunub : 1674
 “Barselona”dan 75 milyon avroluq transfer
“Barselona” klubu Hollandiyanın “Ayaks” komandasının gənc futbolçusu Frenki De Yonqu heyətinə qatıb.
Azvision.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin yeni kluba keçidi yay aylarında baş tutacaq.

Məlumata görə, “Barselona” De Yonqın transferi üçün “Ayaks”a 75 milyon avro ödəyəcək.

Azvision.az

Teqlər: Barselona