ABŞ-da yaşayan süni intellekt üzrə azərbaycanlı mütəxəsis
O, 1976-ci ildə Bakı şəhərində dünyaya gəlib. 8-ci sinfə qədər 20 nömrəli məktəbdə, sonra isə İncəsənət Gimnaziyasında oxuyub. 1992-ci ildə oranı bitirərək İnşaat Muhəndisləri İnstituna qəbul olunub. 1995-ci ildə beynəlxalq mübadilə proqramı xətti ilə ABŞ-ın Rochester Texnalogiya İnstitutunda təhsilini davam etdirib.1996-cı ildə bakalavr, 1998-ci ildə birinci dəfə mühəndis və idarəetmə ixtisası, 1999-ci ildə isə ikinci dəfə kompyuter elmləri üzrə magistr dərəcələrinə yiyələnib.
1999-cu ildə İrven şəhərindəki Kaliforniya Universitetinin doktoranturasına qəbul olunub. 2008-ci ildə orada kompyuter elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
Eyni zamanda 2002-ci ildən məşhur "General Monitors" şirkətinə kompyuter mühəndisi kimi işə götürülüb. 2015-ci ilədək bu vəzifədə çalışıb. Sonra, bir il Konektikut ştatında "ESPN" şirkətində işləyib.
2016-cı ildən Nyu York ştatında ilk kompyuteri istehsal edən "İBM" şirkətində süni intellktin biznesə tətbiq olunması üzrə mütəxəsis və qrup rəhbəri vəzifəsində çalışır. Bu sahə, dünya şöhrətli həmyerlimiz Lütfi Zadənin işlədiyi sahədir. Deyir ki, "Lütfi Zadə ilə ilk dəfə Oriqon şatatında süni intellekt üzrə keçirilən illik konfransda görüşdüm. Çalışdığımız sahəyə aid söhbətimiz oldu. Azərbaycanlı olduğumu biləndə çox sevindi. Sonralar onu da azərbaycanlılarla bağlı tədbirlərimizə cəlb edə bildim, maraqlı çıxışlarını hələ də xatırlayıram".
Azərbaycan naminə xeyli işlər görüb. 2006-cı ildə Tomas Qoltsda daxil olmaqla bir neçə soydaşımızla "Amerika Azərbaycanlıları Şurası"nı təsis ediblər. 2006-cı ildə Los Anceles, Kaliforniya, 2007-ci ildə Kaliforniya- Berkli, 2008-ci ildə İrvin, 2009-cu ildə Nyu Yorkdakı Kalumbiya universitetlərində Amerikadakı azərbaycanlı tələbələrin konfranslarını keçiriblər. Corc Vaşinqton, Kalumbiya universitetlərində isə Qarabağ həqiqətləri ilə bağlı tədbirləri təşkil ediblər.
2007-2011-ci illərdə beş il ardıcıl fevral ayında, bir sıra nüfuzlu universitetlərdə Xocalı soyqrımına həsr olunmuş tədbirlərin təşkilatçılarından olub. Deyir ki, "Burada yaşayan soydaşlarımıza daha faydalı olmaq üçün, gərək amerikalılara qaynayıb qarışasan. Onların inzibati idarələrində yer tutmağı bacarmalısan. Bunun üçün isə işləmək, etibar qazanmaq lazımdır".
2013-2015-ci illərdə Kaliforniya Demokratlar Partiyasının idarə heyətinin üzvü, 2014-2015-ci illərdə Fauntin Valli şəhərinin planlaşdırma komitəsinin 5 üzvündən biri olub. Hal hazırda Nyu Cersi ştatının Hakensak şəhərinin planlaşdırma komitəsinin üzvüdür. 2013-2015-ci illərdə həm də "Türk Amerkan Cəmiyəti"ndə təmsil olunub. 2012-ci ildən "Amerikanın Acərbaycan Cəmiyyəti"nin icraçı direktorudur.
Həyat yoldaşı azərbaycanlıdır. İki qızları var, biri 16, o birisi isə 2 yaşındadır. Hər ikisi ana dilində sərbəst danışır. Böyük qızı Aydan istedadlı yeniyetmədir, yaxşı rəsmlər çəkir. Fransada Luvr muzeyində keçirilən "ART Şou"da Əsmər Nərmanbəyovaya ayrılan hissədə Aydanın da rəsmləri sərgilənib. Amerika siyasətinin nümayəndələri və bəzi konqresmenlərlə dostluq edir. Deyir ki, "Amerkalıların belə bir kəlamı var- "Əgər bu ölkədə yaşayırsansa, sən bu ölkənin yaxşı vətəndaşı olmalısan"". İllər ötəcək, bəlkə də ABŞ Konqresində bir azərbaycanlı kimi təmsil olunan ilk konqresmen o, olacaq.
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Azvision.az
Teqlər: ABŞ Azərbaycan