“Cəmiyyətdə həmişə problemlər, nöqsanlar ola bilər” - Hadı Rəcəbli

   “Cəmiyyətdə həmişə problemlər, nöqsanlar ola bilər” -    Hadı Rəcəbli
  24 Yanvar 2019    Oxunub:2110
“Azərbaycan intibah dövrünü yaşayır. Uğurlarımız olduqca çoxdur və bütün sahələrdə inkişaf var”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, Azərbaycan islahatlar aparan və sosial məsələrlə ciddi məşğul olan ölkələrdən biridir: “Hər bir vətəndaş, vəzifəli adam Azərbaycanda əmin-amanlığı, sabitliyi qorumalıdır. Cəmiyyətdə həmişə problemlər, nöqsanlar ola bilər, biz ona nail olmalıyıq ki, Azərbaycanda bu məsələlər həll edilsin”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Hadı-Rəcəbli  





Xəbər lenti