Çempionlar Dövlət Bayrağı Meydanında – FOTO

Çempionlar Dövlət Bayrağı Meydanında – FOTO
  10 Noyabr 2013    Oxunub:1423
Çempionlar Dövlət Bayrağı Meydanını ziyarət edib.
Güləş üzrə Azərbaycan milli komandalarının üzvləri, Olimpiya, dünya və Avropa çempionları Dövlət Bayrağı Meydanı Kompleksini ziyarət etmişlər.

AzərTAc xəbər verir ki, güləşçilər Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi ilə tanış olmuşlar. Muzeyin əməkdaşları onlara ölkəmizin tarix boyu əldə etdiyi nailiyyətlər, Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin muzeydə saxlanılan bayraqları və digər dövlət rəmzləri barədə ətraflı məlumat vermişlər.

Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi ilə tanışlıq güləşçilərimizdə yüksək əhval-ruhiyyə və milli iftixar hissi oyatmışdır.

Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov müxtəlif mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldıran güləşçilərimizin Dövlət Bayrağı Meydanını ziyarət etməsinin onların milli-vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, tariximizə və mədəniyyətimizə dərindən bələd olması məqsədi daşıdığını demişdir.

Olimpiya çempionları Toğrul Əsgərov və Şərif Şərifov Azərbaycan bayrağını yüksəklərə qaldırdıqlarından qürur hissi keçirdiklərini söyləmiş, bundan sonra da bayrağımızın daim ucada dalğalanması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.



Teqlər:  





Xəbər lenti