ABŞ-da tutulan iranlı jurnalist sərbəst buraxılıb

ABŞ-da tutulan iranlı jurnalist sərbəst buraxılıb
  24 Yanvar 2019    Oxunub:2878
İranın “Press-TV” telekanalının ABŞ-da həbs edilən qadın jurnalisti Mərziyə Haşəmi sərbəst buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Press-TV” telekanalına jurnalistin ailəsindən məlumat verilib. Lakin onun azad olunmasının detalları açıqlanmayıb.

Qeyd edək ki, iranlı jurnalist Mərziyə Haşəmi ötən həftə ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində həbs olunmuşdu. Haşəmi ABŞ-dakı afro-amerikalıların (qaradərili vətəndaşların) polis qəddarlığı və özbaşınalığından müdafiəsi üzrə ictimai hərəkat barəsində sənədli filmin çəkilişlərində iştirak etmək üçün Missuriyə getmişdi. Lakin ABŞ polisi onu həbs etmişdi. Buna ssas kimi iranlı jurnalistin vacib informasiyaya sahib olduğu və bu səbəbdən sadəcə şahid kimi saxlanıldığı bildirilmişdi.

18 yanvarda Kolumbiya dairə məhkəməsinin yaydığı sənəddə qeyd edilmişdi ki, andlılar məhkəməsi qarşısında ifadə verdikdən sonra Haşəmi sərbəst buraxılacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Missuri   ABŞ  





Xəbər lenti