Nazirlik jurnalistləri ucqar kənd məktəblərinə apardı - FOTOLAR

Nazirlik jurnalistləri ucqar kənd məktəblərinə apardı -    FOTOLAR
  24 Yanvar 2019    Oxunub:2478
Yanvarın 24-də Təhsil Nazirliyi tərəfindən İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur təşkil edilib.
Azvision.az xəbər verir ki, öncə media nümayəndələri və təhsil ekspertləri Gəndov kəndindəki modul tipli məktəblə tanış olublar.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Daha sonra media nümayəndələri Lahıc qəsəbə tam orta məktəblə tanış olublar.

Məktəb binasında videomüşahidə, yanğın əlehinə siqnalizasiya sistemləri, ərazisində isə qazanxana, nasosxana, transformator yarımstansiyası, yeraltı içməli su anbarı və çirkab su anbarı mövcuddur. Otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub.

Daha sonra qonaqlar işə yeni qəbul olunmuş müəllimlərin dərs prosesini izləyiblər.











Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Məktəb  





Xəbər lenti