Azərbaycan güləşçisi FILA-nın ilk onluğunda

Azərbaycan güləşçisi FILA-nın ilk onluğunda
  10 Noyabr 2013    Oxunub:1724
Azərbaycan güləşçisi Xetaq Qazyumov FILA-nın reytinq siyahısında ilk onluqda yer alıb.
Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən 2013-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatı zamanı “Ən yaxşı hücum edən güləşçi”, “Ən yaxşı müdafiə olunan güləşçi” və “Ən effektiv güləşçi” nominasiyalarında reytinq siyahısını açıqlanıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvü, Macarıstanda keçirilmiş dünya çempionatında gümüş medal qazanan Xetaq Qazyumov “Ən yaxşı müdafiə olunan güləşçi” nominasiyasında ilk onluqda yer alıb.

Qeyd edək ki, X.Qazyumov Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya çempionu, dünya kubokunun sahibi, üçqat Avropa çempionu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinin ikiqat qalibidir.


Teqlər:  





Xəbər lenti