Dərslik probleminin həlli ilə bağlı yeni təklif
Deputat bildirib ki, mətbuatda ekspertlər, lüzum olub-olmadığı halda Təhsil Nazirliyi və hazırlanmış kitablarla bağlı yanlış müzakirələr aparırlar.
"Bu da əhalidə, valideynlərdə, müəllimlərdə çaşqınlıq yaradır. Bəzən deyirlər ki, alternativ dərslik hazırlamışıq. Bir valideyn 10 kitab almalıdırmı? Bəs, bu dərsliklər hansı tələblərə cavab verir? Bu, çox mürəkkəb məsələdir. Sözügedən məsələ cəmiyyətimiz və təhsil sistemimiz üçün olduqca əhəmiyyətli məsələdir. Bununla bağlı hər hansı maddənin “Ümumi təhsil haqqında” qanuna salınmasını təklif edirəm”.
Anar Kəlbiyev
Azvision.az