İtkin düşən futbolçunun axtarışları dayandırılıb

  24 Yanvar 2019    Oxunub : 889
İtkin düşən futbolçunun axtarışları dayandırılıb
İngiltərənin "Kardiff Siti” klubunun yeni transfer etdiyi futbolçu Emiliano Salanın olduğu təyyarənin axtarışları dayandırılıb.
Bu barədə Qernsi adasının polis bölməsinin “Twitter” səhifəsində məlumat yerləşdirilib. Polisin bəyanatında təyyarədəki insanların həyatda qalma ehtimalının az olduğu vurğulanıb:

"Biz bütün mümkün məlumatları təhlil etmişik. Axtarışları dayandırmaq çox çətin qərar idi. Axtarış sahəsi 1.700 kvadrat mil təşkil edib. Araşdırmaya 3 təyyarə, 5vertolyot, 2 xilasetmə gəmisi və digər gəmilər, həmçinin balıqçı gəmiləri də cəlb edilmişdi".



Qeyd edək ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən Emiliano Sala yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib.

Azvision.az

Teqlər: Futbolçu   Təyyarə