Azvision.az xəbər verir ki, azərbaycanlı qardaşlar Ukraynanın Nikolayev vilayət şurasının rəhbəri Viktoriya Moskalenko tərəfindən təltif olunublar. Bu mükafat əsasən Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü qoruyan, insanların həyatlarını xilas edən şəxslərə verilir.
Xatırladaq ki, yanvarın 19-da Ümid və Sabir Şirinov qardaşları Zayçevski kəndi yaxınlığında yanan avtomobildən bir ailənin üç üzvünü çıxararaq onları ölümdən xilas ediblər. Qardaşların qəhrəmanlığı Ukraynada böyük rəğbətlə qarşılanıb.
Azvision.az