Yohannes Han İrəvana səfər edəcək

 Yohannes Han İrəvana səfər edəcək
  25 Yanvar 2019    Oxunub:1647
Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Han yanvarın 29-da Ermənistana səfər edəcək.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində avrokomissar Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanla ikitərəfli görüş keçirəck və daha sonra birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaqlar.

Həmçinin, Ermənistan prezidenti Armen Sarkisyanın və baş nazir Nikol Paşinyanın da Yohannes Hanı qəbul edəcəyi bildirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Avropaİttifaqı  





Xəbər lenti