Keçmiş məhkumdan narkotik götürülüb

Keçmiş məhkumdan narkotik götürülüb
  25 Yanvar 2019    Oxunub:1510
Əvvəllər məhkum olunmuş şəxsdən narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ1-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Mütəllimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 450 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti