Marqvelaşvili Rusiya səfəri düşüncəsindədir

Marqvelaşvili Rusiya səfəri düşüncəsindədir
  11 Noyabr 2013    Oxunub:1225
Gürcüstanın yeni prezidenti Rusiyaya gedəcək?
AzVision.az xəbər verir ki, Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili 2014-cü ildə keçiriləcək Olimpia Oyunlarına getmək imkanı haqqında düşünür.

“Biz bu məsələ haqqında düşünürük. Bu mövzu açılıb və komanda daxilində müzakirə edilir”, - deyə Marqvelaşvili birinci kanalın Yaxın Şərqə yayımlanan “Bazar vaxtı” (Воскресное время) adlı verilişdə qonaq olarkən bildirib. O, Olimpiadaya ehtimal edilən səfəri haqda suala belə cavab verib.

“Biz Olimpia Oyunlarına idman iradəsinin nəinki Rusiyada, həm də bütün dünyada yeni münasibətlərin yaradacağı ümidi ilə baxırıq. Biz çox problemli nöqtədən başlayırıq. Təəssüf ki, çox faciəvi şeylər olub. İndi biz yenə çalışırıq ki, biz bir-birimizi incitməyək”,- deyə Marqvelaşvili bildirib.

Qeyd edək ki, yeni prezidentin inauqurayası noyabrın 17-də baş tutacaq.


Teqlər:





Xəbər lenti