Göygöldə qəza

Göygöldə qəza
  11 Noyabr 2013    Oxunub:1442
Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu gün saat 20:30 radələrində Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində avtomobil yolu keçmək istəyən piyadanı vurub. Belə ki, Şəmkir sakini Yasin İsgəndərov idarə etdiyi "Vaz 2106" markalı avomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Daşkəsən sakini 50 yaşlı İradə Hümbətovanı vurub. Yaralı ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti