Avropa Birliyi Flippinə yardım ayırıb

Avropa Birliyi Flippinə yardım ayırıb
  11 Noyabr 2013    Oxunub:1080
AzVision.az xəbər verir ki,Avropa Birliyi Flippində tayfundan əziyyət çəkənlərə təcili yardım məqsədilə üç milyon avro pul ayırıb. Bunu birliyin humanitar yardım məsələləri üzrə komissarı bildirib.

Rusiya mətbuatının ölkənin xarici işlər nazirliyinə istinadən yaydığı məlumata əsasən, Flippində “Hayan” tayfunun ziyan vurduğu rayonlarda təxminən 150-ə yaxın Rusiya vətəndaşı var. Amma zərərçəkənlərin arasında onların olub-olmaması barədə məlumat yoxdur.

İlkin hesablamalara görə, Flippindin təkcə bir regionunda – Leyte əyalətində “Hayan” tayfunu nəticəsində ölənlərin sayı on minə çatıb. Rəsmi məlumata görə, həmin əyalətdə 70 faiz tikililər, o cümlədən yaşayış evləri yerlə yeksan olub.


Teqlər:





Xəbər lenti