Ermənistanda nazirlik binasında yanğın olub

 Ermənistanda nazirlik binasında yanğın olub
  26 Yanvar 2019    Oxunub:2165
Bu gün səhər saat 08:11 radələrində Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında yanğın baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyini mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, yanğın nazirlik binasının kabinetlərindən birində başlayıb və ətrafa yayılıb.

Hadisə yerinə göndərilən 6 yanğınsöndürmə maşını yanğını lokallaşdıra bilib. İnsident nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti