Eks-prezidenti razı salmaq mümkün deyil

Eks-prezidenti razı salmaq mümkün deyil
  11 Noyabr 2013    Oxunub:1033
Vəkilləri Məhəmməd Mursini müdafiə üçün razı salmağa çalışırlar.
Misirdə eks-prezidenti Məhəmməd Mursinin vəkilləri, onu mühakimə olunduğu məhkəmədə özünü müdafiə etməsi üçün razı salmağa çalışacaqlarını bildirirlər.

AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, müdafiə heyətinin rəhbəri Məhəmməd əd-Demati bildirib ki, dünən səlahiyyətli orqanlardan aldıqları icazə əsasında çərşənbə axşamı günü İsgəndəriyə şəhərindəki Burcul-Arab həbsxanasında Mursi ilə görüşəcəklər.

Misir qanunlarına görə, məhkəmə prosesi zamanı vəkilləri olmayan məhkumlara dövlət tərəfindən vəkil təyin edildiyini deyən Demati qeyd edib ki, məhkəmə müdafiə heyətində olan vəkillərin adlarının verilməsini istəyib.

Heyət sədri, məhkəmə prosesinin qanuniləşdirilməsi ilə bağlı sənədin Mursi tərəfindən rədd edildiyini də söyləyib: "Müdafiə heyətinin müəyyənləşdirilməsi əslində Mursinin mühakiməsini qəbul etdiyi və ya qanuni haqlarından imtina etdiyi mənasını vermir. Əksinə, müdafiə heyəti hökumətin etdiyi qanunsuzluqları göstərməyə çalışacaq. Görüş zamanı Mursiyə, müdafiə əsnasında həyata keçiriləcək strategiyanın mahiyyətini və onun bu məsələdəki fikirlərini öyrənməyə çalışacağıq".

Vəkil Demati, müdafiə mövqeyinin vacib bildiyi vəziyyətlərdə məhkəmə heyətindən imtina etmə haqqına da sahib olduqlarını vurğulayıb: "Əgər Mursi təsdiqləsə, 2012-ci ilin qəbul olunan konstitusiyanın 152-ci maddəsində göstərildiyi kimi, məhkəmənin Mursini mühakimə etməyə səlahiyyətinin olmadığını bildirəcəyik. Müdafiə heyəti tətbiq edəcəyi strategiyanı iddia aktını araşdırdıqdan sonra təyin edəcək".


Teqlər:





Xəbər lenti