Əfqanıstanda partlayış: 4 ölü, 20 yaralı

  26 Yanvar 2019    Oxunub : 1156
Əfqanıstanda partlayış: 4 ölü, 20 yaralı
Əfqanıstanın Bağlan vilayətində voleybol meydançasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Azvision.az "Pajvak" agentliyinə istinadən xəbər verir ki, əyalətinin səhiyyə üzrə direktor müavini Abdul Halim Qafari bildirib ki, beş yaralı xəstəxanaya yerləşdirilib. Partlayış radikal "Taliban" hərəkatının nəzarət etdiyi ərazidə baş verib və hadisəyə görə heç kim məsuliyyəti üzərinə götürməyib.

"1TVnews" telekanlı isə Silahlı Qüvvələrinin 209-cu korpusunun bəyanatına istinadən partlayışda ölənlərin hamısının "Taliban" yaraqlısı olması barədə məlumat yayıb. Qeyd olunub ki, ölənlərin arasında hərəkatın bu bölgə üzrə əsas komandiri də var.

Azvision.az

Teqlər: Əfqanıstan