"Sumqayıt" Almaniya komandası ilə qarşılaşacaq

"Sumqayıt" Almaniya komandası ilə qarşılaşacaq
  26 Yanvar 2019    Oxunub:1908
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt” futbol klubu daha bir yoxlama oyunu keçirəcək.
Klubun mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yanvarın 26-da Almaniya Regional Liqası təmsilçisi "Optik Ratenov”la qarşılaşacaq.

"Sumqayıt” yanvarın 26-da Serbiyanın "Zemun” komandası ilə də üz-üzə gələcək. "Gənclik şəhəri”nin təmsilçisi toplanış dövründə "Jetısu” (Qazaxıstan) ilə heç-heçə (1:1) etdiyi halda, "Vardar”dan (Makedoniya) üstün olub.

Azvision.az


Teqlər: Sumqayıt   Futbol  





Xəbər lenti