Qasırğa aeroportda fəsadlar törətdi, 12 nəfər yaralandı - FOTOLAR

 Qasırğa aeroportda fəsadlar törətdi, 12 nəfər yaralandı -  FOTOLAR
  26 Yanvar 2019    Oxunub:3272
Türkiyənin Antalya şəhərində müşahidə edilən güclü qasırğa hava limanında ciddi fəsadlar törədib.
Azvision.az "NTV" telekanalına istinadən xəbər verir ki, Antalya hava limanına doğru irəliləyən burulğan 2 təyyarəyə və 1 polis helikopterinə zərər vurub, sərnişinləri təyyarəyə daşıyan 1 avtobusu və mikroavtobusu aşırıb, təyyarə nərdivanı havaya qaldıraraq yerə çırpıb. Nəticədə 12 nəfər yaralanıb.

“İndiyədək xəstəxanaya 12 yaralı yerləşdirilib. Onların həyatına təhlükə yoxdur. Hava limanı hazırda uçuşlar üçün açıqdır və normal rejimdə işini davam etdirir” – Antalya valisi Münir Karaloğlu bildirib.








Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Antalya  





Xəbər lenti