“Qalatasaray” səfərdə qələbəyə sevindi

  26 Yanvar 2019    Oxunub : 995
“Qalatasaray” səfərdə qələbəyə sevindi
Türkiyə Superliqasında 19-cu turun görüşləri davam edir.
Azvision.az xəbər verir ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Qalatasaray” səfərdə “Göztəpə” ilə qarşılaşıb. Görüş qonaqların 0:1 hesablı qələbəsilə yekunlaşıb.

Qeyd edək ki, bu qələbədən sonra “Qalatasaray” xallarının sayını 35-ə yüksəldib və lider “Başakşəhər”lə arasındakı xal fərqini azaldıb.

Azvision.az

Teqlər: Qalatasaray