Ermənistanda siyasi məhbus aclıqdan ölüb

Ermənistanda siyasi məhbus aclıqdan ölüb
  28 Yanvar 2019    Oxunub:5481
“Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan aclıqdan ölüb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü məhbus cəza çəkdiyi “Nubarasen” həbsxanasında dünyasını dəyişib.
Məlumata görə, Yegiazaryan ötən ilin 5 dekabr tarixində aclıq aksiyasına başlamışdı. Onun aclıqdan öldüyü bildirilir.

Ermənistanın Ədliyyə Nazirliyi isə Yegiazaryanın ölüm səbəbini gizlədərək, faktla bağlı araşdırma aparıldığını bəyan edib.

Qeyd edək ki, M.Yegiazaryan 2018-ci ilin dekabr ayında dələduzluq və hərbçilərdən pul almaq ittihamı ilə həbs edilmişdi.

Azvision.az


Teqlər: Ermənistan   Məhbus  





Xəbər lenti