Qadın alveri ilə məşğul olan şəxs tutulub

Qadın alveri ilə məşğul olan şəxs tutulub
  28 Yanvar 2019    Oxunub:2655
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini S.İxayevanın qadınları xarici ölkələrə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.İxayeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti