Dünya çempionu Xamis Məmmədov nədən ölüb? - VİDEO (Yenilənib)

  28 Yanvar 2019    Oxunub : 11881
 Dünya çempionu Xamis Məmmədov nədən ölüb? - VİDEO (Yenilənib)
Azərbaycanlı dünya çempionu Xamis Məmmədov 24 yanvar 2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, X.Məmmədov yanvarın 26-da dünyasını dəyişib.
"Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağ-ciyərlərin tromboemboliyası diaqnozu qoyulub".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova mətbuata açıqlamasında mərhumun bir müddət əvvəl soyuqdəymədən müalicə aldığını, daha sonra xəstəliyin şiddətlənərək ölümə səbəb olduğunu bildirib.

Qeyd edək ki, Xamis Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idi.



Aytən Zəhra
Azvision.az

Teqlər: Xamis-Məmmədov