Kubada güclü qasırğa: 3 ölü, 172 yaralı

  28 Yanvar 2019    Oxunub : 1003
Kubada güclü qasırğa: 3 ölü, 172 yaralı
Kubanın paytaxtı Havanada müşahidə olunan güclü qasırğa nəticəsində 3 nəfər ölüb, 170-dən çox insan yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Kuba Nazirlər Şurasının sədri, ölkə prezidenti Migel Dias-Kanel bildirib.

“Şəhərə və insanlara ciddi zərər dəyib. Hazırda biz həlak olan 3 nəfərə görə kədər içindəyik və 172 yaralının qeydinə qalırıq” - Dias-Kanel "Tvitter"də bəyan edib.

Kuba prezidenti onu da vurğulayıb ki, güclü qasırğanın ən çox ziyan vurduğu rayon Reqla olub və hazırda bərpa işləri həyata keçirilir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Kuba