Meksikada polislər arasında silahlı atışma – 10 ölü

   Meksikada polislər arasında silahlı atışma –    10 ölü
  28 Yanvar 2019    Oxunub:1473
Meksikanın cənubundakı Qerrero ştatında polis işçiləri arasında baş verən silahlı atışma zamanı 10 nəfər ölüb, 2 nəfər yaralanıb.
Azvision.az bildirir ki, bu barədə ştat polisinin mətbuat katibi Roberto Alvarez məlumat verib. Onun sözlərinə görə, silahlı insident ötən axşam Qerreronun Paraiso-de-Tepila qəsəbəsinə aparan yolda baş verib.

Silahlı qarşıdurmaya səbəb isə, özünü yerli asayiş keşikçiləri adlandıran iki polis qrupunun həmin ərazidə təhlükəsizliyə hansının cavabdeh olduğunu müəyyənləşdirə bilməməsidir. Nəticədə mübahisəni sözlə həll edə bilməyən polis qrupları arasında 1 saata yaxın davam edən silahlı atışma yaşanıb. Ölən 10 polisin cəsədi çoxsaylı güllənin atıldığı iki maşının içərisindən tapılıb. Yaralı 2 nəfər isə öz hesabına hadisə yerindən uzaqlaşıblar.

Hazırda Qerrero ştatı prokurorluğu insidentlə bağlı istintaq başladıb, silahlı qarşıdurmanın iştirakçısı ehtimal edilən digər polislər axtarışa verilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   Polis  





Xəbər lenti