Qazaxıstan Azərbaycandan neft ixrac edəcək

Qazaxıstan Azərbaycandan neft ixrac edəcək
  11 Noyabr 2013    Oxunub:1396
Qazaxıstan Azərbaycan ərazisindən neft ixrac etmək üçün saziş imzaladı
Qazaxıstanın Aktau dəniz limanı ilə “Tengizchevroil” neft və qazçıxarma şirkəti arasında 2014-cü ildə Azərbaycan ərazisi ilə ildə 4 milyon ton neft ixrac edilməsi haqqında saziş imzalanıb. Bu barədə Aktau limanın direktoru Berik Uandıkov məlumat verib.

O bildirib ki, 4 milyon ton neftin 3 milyon tonu Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsi ilə, 1 milyonu isə Azərbaycan ərazisindən keçməklə Gürcüstanın Kulevi limanından dünya bazarlarına nəql olunacaq. Onun sözlərinə görə hazırda Azərbaycan tərəfi ilə bu istiqamətdə danışıqlar aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti