Əşrəf Qani “Taliban”ı dialoqa çağırıb

Əşrəf Qani “Taliban”ı dialoqa çağırıb
  28 Yanvar 2019    Oxunub:2498
Əfqanıstan prezidenti Əşrəf Qani “Taliban” silahlı hərəkatını sülh üzrə birbaşa dialoqa çağırıb.
Azvision.az -ın məlumatına görə, Əfqanıstan prezidenti “RTA” telekanalının efirindən bəyan edib ki, “Taliban” hərəkatının iki yolu var: ya onlar öz xalqını dəstəkləyə, ya da başqa dövlətlərin əlində alət ola bilərlər.

“Mən “Taliban” hərəkatını Əfqanıstan hökuməti ilə ciddi, birbaşa danışıqlara başlamağa çağırıram. Milli birlik, ölkənin müstəqilliyi və ərazi bütövlüyü, güclü mərkəzi hökumət müzakirəyə çıxarılmayan mövzulardır” , - Əşrəf Qani vurğulayıb.

Qeyd edək ki, rəsmi Kabil heç bir ilkin şərt olmadan “Taliban” radikal hərəkatı ilə Əfqanıstanın gələcəyinə aid istənilən məsələni, hətta ölkə konstitusiyasına mümkün dəyişiklikləri müzakirə etməyə hazır olduğunu deməsinə rəğmən, indiyədək “Taliban” əfqan hökumətini Amerikanın oyuncağı adlandıraraq onunla birbaşa danışıqlardan imtina edib. Silahlı hərəkat hesab edir ki, Əfqanıstan hökumətini idarə edənlərin özü ilə danışıqlar aparılmalıdır və bu səbəbdən yalnız ABŞ nümayəndələri ilə görüşlər keçirib.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: taliban   Əfqanıstan   ABŞ  





Xəbər lenti