Gürcülərin 83%-i avroatlantik inteqrasiyanı dəstəkləyir - Sorğu

Gürcülərin 83%-i avroatlantik inteqrasiyanı dəstəkləyir -  Sorğu
  28 Yanvar 2019    Oxunub:2581
Gürcüstan vətəndaşlarının 83%-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünü, 78%-i isə NATO-ya daxil olmağı dəstəkləyir.

Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) və Qafqaz Araşdırmaları Resurs Mərkəzinin (CRRC) 2018-ci ilin 6 noyabr-20 dekabr tarixlərində apardıqları birgə sorğu və araşdırmanın yekun nəticəsində deyilir.
Milli Demokratiya İnstitutunun Gürcüstandakı ofisinin rəhbəri Lora Tornton jurnalistlərə açıqlamasında bildirib ki, bu, 2013-cü ildən bəri gürcülərin avroatlantik inteqrasiyaya meylinin ən yüksək göstəriciləridir: “Biz, Gürcüstan əhalisi tərəfindən NATO və Aİ-yə bu cür dəstəyi heç vaxt görməmişik. Özü də, etnik azlıqların yaşadığı rayonlarda bu göstəricilər daha da yüksəlib”.

Qeyd edək ki, Gürcüstan hökuməti NATO və Aİ-yə üzvlüyü ölkənin başlıca xarici-siyasi prioriteti elan edib. Gürcüstan 2014-cü ildə Aİ ilə assosiasiya sazişini imzalayıb. 2017-ci ilin martından isə Gürcüstan vətəndaşları Şengen zonasına vizasız getmək hüququ əldə ediblər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Gürcüstan     NATO  





Xəbər lenti