Əliyev-Paşinyan görüşü Davos Forumunun ən mühüm 33 hadisəsi sırasında

  28 Yanvar 2019    Oxunub : 1754
Əliyev-Paşinyan görüşü Davos Forumunun ən mühüm 33 hadisəsi sırasında
Davos Dünya İqtisadi Forumunun təşkilatçıları Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın 1,5 saatlıq qeyri-rəsmi görüşünü bu ilki Forumun başlıca hadisələri sırasına daxil ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir. 2019-cu ilin Davos Forumunda dünyaya təsir edən 33 mühüm hadisənin sadalandığı siyahıya, Azərbaycan və Ermənistan liderlərinin görüşü də salınıb.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların inkişafı üçün Azərbaycan prezidenti və Ermənistan baş naziri Dünya İqtisadi Forumu zamanı görüş imkanından istifadə etdilər” - Forumun rəsmi saytında vurğulanıb.

Qeyd edək ki, yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın sayca 3-cü qeyri-rəsmi görüşü baş tutub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Davos