Oğurluq edən 3 yeniyetmə ələ keçdi

  29 Yanvar 2019    Oxunub : 669
Oğurluq edən 3 yeniyetmə ələ keçdi
Biləsuvar rayonunun Ağayrı kənd sakini Q. Qasımov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən gecə saatlarında 3700 manat pulun oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən ikisi Biləsuvar biri isə Masallı sakini olmaqla 3 yeniyetmə saxlanılıb və oğurlanan pulun bir qismi onlardan maddi sübut kimi götürülüb. Aparılan araşdırmalarla saxlanılan şəxslərin digər analoji əməllərinin də üstü açılıb.

Belə ki, onların Biləsuvar rayonunun ayrı-ayrı vaxtlada Bəydili kəndindəki 2 həyətdən ümumilikdə 11 ədəd hind quşunu oğurladıqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Cinayət