BDU Fransa universiteti ilə ikili diplom verəcək

BDU Fransa universiteti ilə ikili diplom verəcək
  30 Yanvar 2019    Oxunub:2231
Bakı Dövlət Universitetində Fransanın Lyon 2 Universitetinin Hüquq fakültəsinindekanı, professor Giyoni Protyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
BDU-dan Azvision.az -a veriləb məlumata görə, rektor vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri ətraflı qeyd edərək Azərbaycanın 2005-ci ildən qoşulduğu Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə məlumat verib.

Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ötən ilin mayında Fransanın Paris şəhərində Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etdiyini bildirən Firudin Qurbanov tədbirin ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi və ölkələrarası ali təhsil sahəsində qarşılıqlı əlaqələrin istiqamətində müzakirələrin aparılması baxımından səmərəli olduğunu vurğulayıb. 100 illik yubiley ərəfəsində olan BDU-nun beynəlxalq əlaqələrindən danışan F.Qurbanov, Fransa universitetləri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Professor Giyoni Protyer, öz növbəsində, Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edib, BDU ilə ilkin tanışlığın onda xoş təəssürat yaratdığını söyləyib.

Qeyd edək ki, 210 yaşlı Lyon Universiteti 1809-cu ildə təsis edilib. 1874-cü ildən bu universitetdə Hüquq fakültəsi yaradılıb və 1960-cı illərdə həmin universitet 2 müstəqil ali təhsil müəssisəsinə ayrılıb. Hazırda Lyon Universiteti Lyon 1, Lyon -2 və Lion 3 adlı üç müstəqil ali təhsil müəssisəsidən ibarətdir. Bütövlükdə isə bu şəbəkədə 127 min tələbə təhsil alır.

Azvision.az


Teqlər: BDU  





Xəbər lenti