Çağırışa gedən tibbi helikopter qəzaya düşdü - 3 ölü

Çağırışa gedən tibbi helikopter qəzaya düşdü -  3 ölü
  30 Yanvar 2019    Oxunub:1584
ABŞ-ın Ohayo ştatında tibbi helikopter qəzaya düşüb. Hadisə nəticəsində helikopterin göyərtəsində olan 3 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “WCMH” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, qəza tibbi helikopter Qrouv-sitidəki xəstəxanadan çıxıb Pomeroydan xəstə götürməyə gedərkən ştatın Vinton dairəsində baş verib.

Ohayo ştatının təcili tibbi yardım xidmətinin nümayəndəsi Endryu Arturs bildirib ki, insident zamanı helikopterin göyərtəsində pasiyent olmayıb, lakin 3 ekipaj üzvünün hər biri - 1 pilot və 2 tibb işçisi həlak olub.

Hazırda ABŞ Federal Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır, qəzanın baş vermə səbəbləri müəyyənləşdirilir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: ABŞ  





Xəbər lenti