“Nüvə beşliyi” yekun sənədin qəbulundan imtina etdi

  30 Yanvar 2019    Oxunub : 1122
“Nüvə beşliyi” yekun sənədin qəbulundan imtina etdi
Beynəlxalq nüvə təhlükəsizliyi və qlobal sülhün qorunması məsələləri ilə bağlı danışılar aparmaq üçün Çində bir araya gələn “nüvə beşliyi” ölkələrinin – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın nümayəndələri iclasın sonunda yekun sənədin qəbulundan imtina ediblər.
Azvision.az xəbər verir ki, bunu iclasda iştirak edən rusiyialı nümayəndə, Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bəyan edib. O, bildirib ki, yekun sənəddən imtinaya iclasda tərəflər arasında ziddiyyətlərin kəskinləşməsi səbəb olub.

“Bəzi dövlətlər öz nüvə doktrinalarına elə dəyişikliklər edirlər ki, bu, nüvə silahından istifadə ərəfəsini yaxınlaşdırır. Beynəlxalq təhlükəsizlik sferasında vəziyyət nəinki sabitləşməyib, hətta getdikcə daha da pisləşməyə davam edib, münaqişənin baş vermə potensialının səviyyəsi olduqca təhlükəli həddə çatıb. Nüvə silahının yayılmaması rejiminin laxtalanması tendensiyası ciddi nəticələrə gətirib çıxara bilər. “Nüvə beşliyi” üzvləri arasında qarşılıqlı etimad çatışmazlığının dərinləşməsi baş verir və bu formatdakı iş birliyinə indiyədək görünməmiş çağırış yaradır. Vəziyyət o qədər ciddidir ki, hətta biz bu dəfə yekun bəyanatın razılaşdırılmasından imtina etməyə məcbur olduq” – Ryabkov vurğulayıb.

Qeyd edək ki, “nüvə beşliyi” nüvə silahına malik 5 ölkənin - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın qeyri-formal birliyidir. Bu dövlətlər həm də BMT Təhlükəsizlik Şurasının qlobal sülh və təhlükəsizliyə təhdidlərin qarşısını almağa başlıca məsuliyyət daşıyan 5 daimi üzvüdür.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Britaniya   “Nüvəbeşliyi”   ABŞ   Rusiya   Çin   BMT