Senator Rauf Araşukov parlamentin iclasında həbs olundu

Senator Rauf Araşukov parlamentin iclasında həbs olundu
  30 Yanvar 2019    Oxunub:3212
Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukov Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının bu gün keçirilən iclasında həbs edilib.

Azvision.az “TASS”a istinadən xəbər verir ki, prokurorluğun müraciəti əsasında məhkəmə Rauf Araşukovun saxlanılması və üzərində axtarış keçirilməsi ilə bağlı qərar çıxarıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları dərhal qərarın icrasına başlayıblar və senatoru parlamentin plenar iclasındaca həbs edərək zaldan çıxarıblar.

32 yaşlı senatorun həbsindən əvvəl parlamentdəki iclasın media üçün qapalı olduğu bildirilib və FTX əməkdaşları iclas zalına girişi bağlayıblar. Daha sonra prokurorluq nümayəndəsi Araşukovun toxunulmazlığının götürülməsi ilə bağlı qərarı oxuduqdan sonra senator həbs edilib.

Qeyd olunur ki, Rauf Araşukov cinayətkar cəmiyyətin təşkili və onda iştirak da daxil olmaqla bir neçə cinayətdə ittiham olunur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   Qaraçay-Çərkəz   FTX  





Xəbər lenti